Yaşıla boyanmış kişi

Yaşıla boyanmış kişi
22:12 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Rusiyada korrupsiyaya qarşı baş tutan kampaniyada bir kişi, üzü yaşıl rəngə boyanaraq qəribə hücuma məruz qalmışdı. Kelly Grovier, rəngin itaətsizliyi necə təcəssüm etdirdiyinə nəzər salıb.

Əgər şəhvətin rəngi qırmızı, kədərin rəngi mavi və qorxaqlığın rəngi sarıdırsa, bəs itaətsizliyin rəngi nədir? Rusiya müxalifət lideri Aleksey Navalnı, Sibir şəhəri Barnaulun küçələrində ona edilən hücumlardan sonra, video mesajla çıxış edib.

Milli.Az BBC-yə istinadən bildirir ki, Navalnı-n üzü yaşıl rəngə boyanmışdı.

O, Putin hakimiyyətini ciddi tənqid edir və bir çoxları düşünür ki, rəng hücumu, Navalnı-ya qarşı atılan kinli bir addımdır.

Lakin, bu addım onu susdurmadı. Simasını qəribə və cəlbedici bir hala salan hücumdan sonra Navalnı da cavabsız qalmadı.

Siyasətçi, tərəfdarlarının əhatəsində bu dəyişilmiş simasını əbədiləşdirərək foto çəkdirdi və həmin foto Facebook və Twitter-də geniş yayıldı.

Bu yolla Navalnı - bilərəkdən və ya əksinə - qədim mədəni maskalanmaya müraciət etmiş oldu.

Belə ki, yaşıl dərili tanrılara həm qədim Misir yeraltı dünyasında, həm də Orta Əsr memarlığında rast gəlmək mümkündür.

OsirisQədim Misirdə dirçəliş allahı sayılan Osiris, adətən yaşıl rəngdə göstərilir

Qədim Misirdə dirçəliş, dirilmə və ölümdən sonrakı həyat allahı sayılan Osiris, adətən yaşıl rəngdə göstərilir.

Navalnı-ya edilən rəng hücumu martın 20-də baş tutub və bu, 2017-ci il Şimal Yarımkürəsində yaz gecə-gündüz bərabərliyi ilə üst-üstə düşüb. Əlbəttə ki, bu məqam qeyri-adi hadisəyə bir az da maraq qatır.

Bəlkə də o, həmişəyaşıl və ölməz siyasi gücünü bu yolla izah etməyə çalışıb.

Osirisin yaşıl görünüşü ilə paralel, qərb incəsənətində də - Navalnının təsadüfi rənglənməsinin simvolik mənası ilə yenə də üst-üstə düşən - bir obraz var.

"Yaşıl Kişi" adlı və kökü eramızın 400-cü ilinə qədər gedib çıxan Avropa memarlığında geniş yayılmış bu obraz, adətən belə təsvir olunur: əzaları yaşıl yarpaqlar və üzüm yarpaqları ilə örtülmüş və ağzından nəfəs alan, oyma və ya heykəl şəklində sekulyar və dini tikililər üzərində əks olunan dekorasiya.

Bu qeyri-pravoslav motivlərin gizli qalmasına daha çox Xristianlıqda rast gəlinir. (Məsələn, Norwich Kafedralı)

Görünür ki, Xristian ikonoqrafiyasını bəzəyən bu cür emblemlər, həm kafirlər, həm də möminlər tərəfindən yenidən doğulma və möcüzəvi bərəkətin simvolu kimi qəbul olunublar.

Şişmiş yanaqlar və həyata can atan siması ilə Yaşıl Kişi, ölümcül qışdan sağ çıxan hünər arxetipidir.

Əsrlərə dayanan ruhu ilə, Sibirdə lentə alınan dikbaş və təxribatçı şəkilin təsirini daha da gücləndirir sanki.

Müvəqqəti belə olsa, itaətsizlik öz rəngini tapıb: yaşıl.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR