Ən çox milyarderi olan şirkətlər - SİYAHI - FOTO

Ən çox milyarderi olan şirkətlər - SİYAHI - FOTO
22:22 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"The Hurun Research Institute" araşdırma şirkətinin 2016-ci il üçün hazırladığı statistikaya əsasən, dünya miqyasında 2188 milyarder var.

Milli.Az fins.az-a istinadən bildirir ki, bəzi şirkətlərin sahibləri idarəetməni öz ailə üzvlərinə həvalə edir, bəziləri isə bir neçə milyarderlə ortaq olur. Biz bir neçə milyarderin idarə etdiyi ən böyük şirkətlərin siyahısını təqdim edirik.

Facebook

Feysbuk şirkətində 5 milyarder var. Bunlar; Mark Zukerberq, Dastin Moskovitz, Eduardo Saverin, Endryu Mkollum və Kris Hyuces.

Estée Lauder

Bir şirkətin 5 milyarder ortağı var. Kosmetika şirkəti 1946-ci ildə Estee Lauder və Cozef Lauder cütlüyü tərəfindən yaradılıb. Lauder ailəsi bu gün şirkətin 77 faizini əlində saxlayır.

H&M

"H&M" 1947-ci ildə Şönsberq Persson tərəfindən yaradılıb. Sonra oğlu Stefan Persson icraçı direktor vəzifəsinə başlayıb və 1998-ci ilə qədər bu vəzifədə qalıb. Hazırda isə Stefan Persson şirkətin sədridir, onun oğlu Karl-İohan isə şirkətin icraçı direktoru vəzifəsində işləyir. Şirkət tərkibində 5 milyarder var.

Infosys

Hindistanın "Infosys" texnologiya şirkətini də 5 milyarder idarə edir.

SACI Falabella

Solari ailəsi tərəfindən idarə olunan "6SACI Falabella" şirkətinin 5 milyarderi var.

Walmart

Dünya miqyasında 11 mindən çox mağazası olan "Walmart" Ualton ailəsinin 6 üzvü səhmlərin 54 faizinə malikdir. Şirkətdə 7 milyarder var.

SC Johnson& Son

Şirkət 7 milyarderindir.

Dr. Oetker

Bir ailə şirkəti olan "Dr. Oetker"in 8 milyarderi var.

Roche

Səhiyyə araşdırmalarında lider mövqedə dayanan şirkətdə 9 milyarder fəaliyyət göstərir.

Cargill

ABŞ-ın ən böyük özəl şirkəti olan "Cargill"də 10 milyarderə sahibdir.

Hyatt

Cey Pritzker tərəfindən yaradılan şirkəti hazırda ailəsi idarə edir və 11 milyarderi özündə birləşdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/536454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR