Müxtəlif peşə sahibləri sosial mənzil ala biləcək -

Sosial mənzil əldə etmək üçün qeydiyyat məhdudiyyəti olmayacaq. Mənzil qanunvericiliyi yaşadığı yerindən asılı olmayaraq, güzəştli şərtlərlə ev almaq hüququna malik olanlara və evsizlərə bu şəraiti yaradır.

Sosial mənzil almaq - Bu zaman müraciət edənin gənc ailənin üzvü olması şərtdir. Bu da ailə sahiblərinin yaşlarını gündəmə gətirir.

Sosial mənzilləri necə almaq olar?

Sosial evləri almaq üçün müraciət edənlərin rəsmi əmək haqları bilinməlidir, çünki iş yerindən arayış tələb edilir. Şəhid, Milli Qəhrəman ailəsi, qaçqın, fəlsəfə doktoru elmi dərəcəsi olan, ən az 5 il müəllim işləyən, 3 il dövlət qulluğunda işləyən, idman sahəsində xüsusi xidmətləri olan şəxslər, ən azı 3 il hərbi xidmətdə olan və ya 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər sosial mənzil ala bilərlər.

Lakin iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bu kateqoriyaya daxil olan və usta, dərzi, bərbər, mühafizəçi kimi fəaliyyət göstərən peşə sahibləri də sosial mənzil almaq hüququna sahib ola bilərlər. Bir şərtlə ki, həmin şəxslərin VÖEN-i olmalıdır. Belə olan halda onların bir il ərzində nə qədər pul qazandıqlarını müəyyən etmək mümkün olacaq və aylıq ödənişlər hesablanan zaman həmin sənəd əsas götürüləcək.

Qanunvericilik qaçqınlar və məcburi köçkünlər üçün bu mənzilləri əldə etmək hüququ verir. Bu zaman onlar bəzi detalları nəzərə almalıdırlar.

Güzəştli mənzil əldə etmək üçün qeydiyyat mayın 1-dən başlayacaq. Qaydalara uyğun olaraq məhz ilk müraciət edənlərin sorğusuna baxılacaq.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR