Arktikadakı hərbi bazanın ilk görüntüləri yayıldı

Arktikadakı hərbi bazaya virtual səyahət mümkün olacaq.

Metbuat.az xəbər verir ki, aprelin 17-də Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında interaktiv layihə olan "Arktikadakı hərbi bazanın virtual ekskursiyası" na başlanılıb.

Arktikadakı Aleksandr adasında Frans İosif Torpağı arxipelaqında hərbçilər üçün yaradılan "Arktiçeskiy trislistnik" bazasının hərbi infrastrukturu xüsusi təyinatlı çoxsaylı tikilələrdən, həmçinin idarəetmə məntəqəsi, hərbi və xüsusi texnikalar üçün qarajlar, avtonom enerji blokundan təşkil olunub.

Qeyd edək ki, mart ayının əvvəllərində Rusiya prezidenti və Baş naziri Arktikadakı hərbi bazada olub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR