Limfa sistemini təmizləmək üçün 20 sadə vasitə

Limfa sistemini təmizləmək üçün 20 sadə vasitə
22:42 18 Aprel 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Limfa düyünləri orqanizmin dirilik suyu hesab edilir. Limfa sistemi hüceyrələrin təmizlənməsində iştirak edir və orqanizmdə toksinlərin xaric edilməsinə səbəb olur. Orqanizmdə bəzi xəstəliklər vardır ki, hətta onların ilkin əlamətlərini limfa düyünləri bildirir. Virus və bakteriyalar səbəbindən baş verən xəstəlikləri zamanı limfa düyülərində böyümə və ağrı hss olunur. Yəni xəstəliyin olmasını limfa düyünləri bizə bildirir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, əgər özünüzü yorğun hiss edirsinizsə, tez-tez sinusitlə, angina ilə xəstələnirsinizsə, sizdə tez-tez baş ağrıları meydana çıxırsa, artıq çəkidən və artritdən əziyyət çəkirsinizsə mütləq limfa sisteminizi nəzarət altında saxlamalısınız.
Siz bunu bəzi sadə vasitələrlə özünüz də edə bilərsiniz.
1. Dərindən nəfəs alın.
2. Orqanizminizi aktiv hərəkət etdirin.
3. Piyada gəzin, tullanma hərəkətləri edin.
4. Çoxlu su için.
5. Orqanizminizdə toksinlərin yığılıb qalmaması üçün bitki çayları için.
6. Qəbul elədiyiniz qidalara limon şirəsi sıxın.
7. Qazlı sulardan uzaq durun.
8. Şirniyyatdan uzaq durun.
9. Səhərlər meyvə yeyin.
10. Bol miqdarda tərəvəz və göyərti yeyin.
11. Yaşıl tərəvəzlərə üstünlük verin.
12. Hər gün qoz yeməyə çalışın.
13. Hər gün quru meyvə yeməyə(fındıq, badam, flsdlq və s.)çalışın.
14. Yoqa ilə məşğul olun.
15. Massaj salonuna gedə bilmədikdə özünü massaj eləməyə çalış.
16. Su prosedurları qəbul edəndə ayaqlarınızı massaj edin.
17. Hər axşan kürəyinizi və ayaqlarınızı qısa müddətli də olsa massaj etməyə çalışın.
18. Uzaq təzyiqli duş qəbul edin.
19. Soyuq su ilə çimməyə çalışın.
20. Təmiz havada çox gəzin.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR