“Bavariya” “Real”a, “Atletiko” “Lester”ə qarşı: Heyətlər açıqlandı - YENİLƏNİR

“Bavariya” “Real”a, “Atletiko” “Lester”ə qarşı: Heyətlər açıqlandı - YENİLƏNİR
22:42 18 Aprel 2017
140 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə "Real" - "Bavariya" və "Lester" -  "Atletiko" oyunları keçiriləcək.

Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət "kral klubu"nun yarımfinala adlamaq şansını artırır. Cavab matçında 0:1 hesablı məğlubiyyət də "Real"ı qane edəcək. "Bavariya" yola davam etmək istəyirsə, "Santyaqo Bernabeu"da rəqibini minimum 2 dəfə mərkəzə dəvət etməlidi. Ev sahiblərinin heyətində Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən bu görüşü buraxacaq. "Bavariya"nın heyətində isə Robert Levandovski sıraya dönüb. Əvəzində Mats Hummels və Jerom Boatenq zədədən əziyyət çəkir.

Ötən həftəsonu La Liqada "Sportinq Xixon"la qarşılaşan "Real" ehtiyat qüvvə ilə meydana çıxsa da, 3:2 hesablı qələbə qazanıb. "Bavariya" isə Bundesliqanın XXIX turu çərçivəsində səfərdə "Bayer"lə qolsuz heç-heçə edib.

Günün digər matçında "Atletiko" "Lester"in qonağı olacaq. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. "Lester" vəziyyəti öz xeyrinə dəyişmək üçün cavab oyununda mütləq fərqlənməli və qapısının toxunulmazlığını qoruyub saxlamalıdı. Çünki "Atletiko"nun səfərdə vuracağı 1 qol "Lester"in işini daha da çətinləşdirəcək. Belədə "tülkülər"ə mərhələ adlamaq üçün 3 qol lazım olacaq.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

22:45. "Real" (İspaniya) - "Bavariya" (Almaniya)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun - 2:1

"Real": 1. Keylor Navas, 2. Carvaxal, 6. Naço, 4. Serxio Ramos, 12. Marcelo, 14. Kazemiro, 8. Toni Kroos, 19. Luka Modriç, 22. İsko, 7. Kristiano Ronaldo, 9. Benzema

"Bavariya": 1. Manuel Noyer, 21. Filip Lam, 17. Jerom Boatenq, 5. Matz Hummels, 27. David Alaba, 14. Xabi Alonso, 23. Arturo Vidal, 6. Tyaqo Alkantara, 10. Aryen Robben, 7. Frank Riberi, 9. Robert Levandovski

22:45. "Lester" (İngiltərə) - "Atletiko" (İspaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun - 0:1

"Lester": 1. Kasper Şmeyxel, 4. Danni Drinkvotr, 5. Ues Morqan, 9. Ceymi Vardi, 11. Mark Olbrayton, 17. Danni Simpson, 20. Şinci Okazaki, 25. Vilfred Ndidi, 26. Riyad Mahrez, 28. Kristian Fuş, 29. Yohan Benaluan

"Atletiko": 13. Yan Oblak, 20. Xuanfran, 15. Stefan Savic, 2. Dieqo Qodin, 3. Filipe Luis, 8. Saul Nigez, 24. Xose Mariya Ximenez, 14. Qabi, 6. Koke, 10. Yanik Karrasko, 7. Antonio Qrizman

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR