Putin Ərdoğanı təbrik etdi

Putin Ərdoğanı təbrik etdi
22:52 18 Aprel 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Vladimir Putin türkiyəli həmkarını aprelin 16-da keçirilmiş referendumun nəticələri ilə bağlı təbrik edib.
Dövlət başçıları həmçinin Suriya məsələsini də müzakirə ediblər. Ölkə prezidentləri Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadənin dəqiq və qərəzsiz araşdırılması zəruriliyini qeyd ediblər.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/536462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR