Emin Mahmodov üçün Portuqaliyada böyük şans

Emin Mahmodov üçün Portuqaliyada böyük şans
22:57 18 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun Portuqaliyanın "Boavişta" klubunun əsas heyətində meydana çıxma şansı yaranıb. “Report”un "ABola" nəşrinə istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi XXX turda “Gimaraynş”la səfər qarşılasımasında “11-lik”də yer ala bilər.


Buna səbəb əsas heyət üzvləri Fabiu Eşpinyu və İdrissa Mandyanqın zədəli olmasıdır. Onların yoxluğunda baş məşqçi Migel Lealın orta xəttə F.Eşpinyunun əvəzinə E.Mahmudovu, İ.Mandyanqın yerinə isə Karrasanı meydana buraxacağı iddia olunur.


Qeyd edək ki, aprelin 23-də keçiriləcək “Gimaraynş” – “Boavişta” oyunu saa 24:00-da başlayacaq. Hazırda Emin Mahmudovun komandası 35 xalla 10-cu pillədə qərarlaşıb. Aktivində 1 qolu olan Mahmudov indiyədək cəmi 1 dəfə əsas heyətdə meydana çıxıb. 


Daha 8 dəfə o, meydana sonradan daxil olub. Klubun daha bir azərbaycanlı oyunçusu - qapıçı Kamran Ağayevlə ötən gün qarşılıqlı razılıq əsasında yollar ayrılıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-emin-mahmodov-ucun-portuqaliyada-boyuk-ans-t57707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR