Ailənin xoşbəxtliyinə zərər vuran amillər

Ailənin xoşbəxtliyinə zərər vuran amillər
23:12 18 Aprel 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Qız və oğlan ailə quran zaman xoşbəxt və aram bir ailə ocağına malik olacağını arzu edər. İstəyər ki, bir-birinin kənarında həyatın şirinliklərini dadsın və bir-biri üçün dayaq olsunlar. Lakin bəzi amillər vardır ki, ailənin xoşbəxtliyinə ziyan vura bilir. Bu amilləri ailə qurmazdan əvvəl görməyə çalışın.

1. Tez özündən çıxmaq və əsəbiləşmək. O insanlar ki, tez əsəbiləşir və qəzəblərini kontrol edə bilmirlər - demək, evlənməyə hələ hazır deyildirlər. Çünki bu insanlar insanın gözləmədiyi əməlləri yerinə yetirə bilirlər. Bu insanlar həm özərinə və həm də ailələrinə rahat ziyan vurmağa qadirdilər.
2. Hisslərini büruzə verə bilməmək. Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər bir insanın ehtiyacı vardır ki, ona sevgi və məhəbbət göstərilsin. Lakin əgər ailə üzvləri bu hisslərini büruzə verə bilmirlərsə, o zaman ailədə problemlər yaranacaqdır. Bu insanlar gərək ailə qurmazdan əvvəl bu naqis sifətlərini aradan qaldırmağa çalışsınlar.
3. Yaş fərqinin hiss olunması. O zaman ki, cütlər arasındakı yaş fərqi Çox hiss olunar, onların arasında ailə münaqişələri artar və bir-birini düzgün anlaya bilməzlər. Onlar arasında mental fərqlər təzahür olunar. Bu da böyük problemlərə yol çar. Çalışıb, bu amili nəzarətə götürmək lazımdır.
4. Dünyagörüşü fərqləri. Yaxşı olar ki, qız və oğlan evlənən zaman eyni və ya yaxın dünyagörüşü olan şəxslə ailə qursun.
5. Bir-birindən uzaq məsafədə yaşamaq. O insanlar ki, müxtəlif şəhər və ölkələrdə yaşayaraq ailə həyatını sürdürürlər, evlənmək üçün bir-birinə uyğun olmazlar. Çünki bir-birini kifayət qədər tanımazlar və həqiqi ailə olmaq şansları olmaz.
6. Təzə boşanmış insanlar. O insanlar ki, təzə boşanıblar və ya həyat yoldaşları vəfat etmişdir, gərək bir müddət keçmiş hisslərini nizama salmağa cəhd etsinlər. Ondan sonra ailə qurmaq üçün yeni insanlar axtarmağa başlasınlar. Çünki əgər tez ailə qurmağa tələssələr və bu cür özlərinə təskinlik vermək istəsələr, davamlı olaraq yeni həyatlarını keçmiş həyatları ilə müqayisə etməyə başlayacaq və daha acı nəticələrlə rastlaşacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR