Elektrolit tarazlığının əhəmiyyəti

Elektrolit tarazlığının əhəmiyyəti
23:17 18 Aprel 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Elektrolit - ürəyin, əzələlərin və sinirlərin funksiyalarını yerinə yetirməsi üçün elektrik siqnallarını daşımağa kömək olan və bədən mayelərində olan yüklü hissəciklərdir. Bədəndə olan elektrolitlər natrium, kalium, maqnezium və kalsiyumdur. Bədəndə elektrolit balansı, quruluş daşlarımız olan hüceyrələrin normal funksiya göstərməsi üçün əhəmiyyətlidir. Tarazlanmayan elektrolit səviyyələri ürək-damar, mədə-bağırsaq və mərkəzi sinir sistemi kimi sahələri təhlükəyə atır. Bədəndə elektrolit balansının yoxluğunda iflic, infarkt və hətta ölüm kimi vəziyyətlər müşahidə edilə bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kalium sinir, qan damarı və ürək funksiyalarında əhəmiyyətli rolu boynuna götürür. Kalium səviyyələrinin yüksək olması müalicə edilmədiyi hallarda infarkta qədər irəliləyə bilər.
 
Natriumun vəzifəsi sinir siqnallarının ötürülməsidir. Artıq natrium hüceyrələrin susuz qalmasına gətirib çıxarır, ürək atışları sürətlənir və yorğunluq müşahidə edilir.
 
Maqnezium əzələ funksiyası, enerji istehsalı, karbohidrat və zülal metabolizmasıyla əlaqədar funksiyalara malikdir. Maqneziumun yüksək səviyyədə olması aşağı təzyiqə və ürək atışlarının yavaşlamasına səbəb ola bilər. Böyrək çatışmazlığının əsas səbəbi maqneziumun həddindən artıq səviyyədə olmasıdır. Kalsium çoxlu funksiyalarından biri də elektrolitdir. Yalnız sinir siqnallarını daşımır, eyni zamanda bədənin qan laxtalanması mexanizminə də təsir edir. Güclü sümük və dişlərin quruluşuna kömək edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR