“Mən Ben Ladeni necə öldürdüm” – Amerikalı xüsusi təyinatlının XATİRƏLƏRİ

“Mən Ben Ladeni necə öldürdüm” – Amerikalı xüsusi təyinatlının XATİRƏLƏRİ
23:22 18 Aprel 2017
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Robert O`Nil "Xüsusi təyinatlı: Ben Ladeni öldürən atəşləri necə açdım" adlı xatirələr kitabında Üsəma Ben Ladeni tək özünün öldürdüyünü deyib.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, roman O`Nilin və onun 5 döyüş yoldaşının Ben Ladenin Pakistanın Abbasabad şəhərində yerləşən gizli mənzilinə gəlməsi ilə başlayır.
 
"Biz 2-ci və 3-cü mərtəbələri birləşdirən binaya yaxınlaşdıq. Orada Ben Ladenin ölmüş arvadının yanında avtomatla dayanmış 22 yaşlı oğlu Xalidi gördük. Bu zaman anladıq ki, 1 nömrəli terrorçu yuxarıdadır. Xalidin üzünə atəş açaraq pilləkənlərlə yuxarı qalxmağa başladıq. Bu zaman nəhayət Ben Ladeni öləcəyini düşünürdüm.
 
Dostuma işarə verərək avtomatı doldurduq və pərdələrin arxasına atəş açdıq. Digər 2 qadını hərbçilər yerə yıxdılar və beləliklə, qarşımızda dünyanın axtarışda olan 1 nömrəli terrorçusu dayanırdı. Ben Laden gənc arvadını qalxan kimi istifadə etmək niyyətində idi. Amma 1 saniyədən də az müddətdə düşünərək dərhal qadının sağ çiyni üzərində nişan aldım və 2 dəfə tətiyi çəkdim. Ben Ladeni başından vurdum və o yerə sərildi".
 
Robert O`Nil 2012-ci ildə ictimaiyyətin kəskin diqqətinə görə hərbi xidməti sonlandırdığını deyib. O, Ben Ladenin öldürməsinə görə qürurlandığını və digər "dəniz pişikləri"nin buna görə ona nifrətlə baxdıqlarını deyib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR