Xaçmazda oğurluq edən 2 nəfər tutuldu

Xaçmazda oğurluq edən 2 nəfər tutuldu
23:22 18 Aprel 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq edən 2 nəfəri saxlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, rayon Telekommunikasiya Qovşağına məxsus 60 metr uzunluğa malik kabeli oğurlayan şəxsin 1987-ci il təvəllüdlü Əkbər Məmmədov olması müəyyən edilib. O, əməliyyatçılar tərəfindən saxlanılıb.
İstintaq tədbirləri zamanı Ə.Məmmədovun rayon sakini, 1993-cü il təvəllüdlü Taleh Xanəhmədovla əlbir olaraq 1 ədəd kombi oğurlaması da müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR