Soğan qabığını suda qaynadın, sonra... - İNANILMAZ FAYDALARI

Soğan qabığını suda qaynadın, sonra... -  İNANILMAZ FAYDALARI
23:27 18 Aprel 2017
410 Ölkə
Ölkə mətbuatı
A- A+

Əlbəttə, çoxumuz soğanları soyub qabıqlarını zibilliyə atırsınız. Bu yazını oxuduqdan sonra soğan qabıqlarını bir daha zibilliyə atmayacağınıza əminik. Avropada hər il 500 tona yaxın soğan qabığı tullanır. Ancaq soğan qabıqlarının faydalarını öyrəndikdən sonra bu rəqəm artıq aşağı düşəcək və soğan qabıqları zibilliyə bu qədər atılmayacaq.

Milli.Az lent.az-a istinadən soğan qabıqlarının heç vaxt eşitmədiyiniz faydaları ilə sizi tanış edir.

Ürək-damar xəstəliklərinə qarşı qoruyur
 
Aparılan araşdırmalar sübut edib ki, soğan qabıqları antioksidant anbarıdır. Qan axımını sürətləndirərək, ürək-damar xəstəliklərinə tutulma riskini ortadan qaldırır.
 
Xolesterolu tarazlayır

 
Mütəxəssislər deyir ki, çiy soğanı və soğan qabıqlarının müxtəlif formalarda yemək, yüksək nisbətdə olan yağ zülalı xaric etməyə kömək olur və xolesterolu nizamlayır. Təcrübəyə qatılan və soğan qabığı yeyən insanların 30%-nin xolesterolu nizamlanıb.
 
Təzyiqi normallaşdırır
 
Aparılan araşdırmalarda soğan qabığının tərkibindəki mineralların təzyiqə yaxşı təsir etdiyi və təzyiq xəstəliyi olan insanları müalicə etdiyi ortaya çıxıb.
 
Xərçəng və diabetə mane olur
 
Tədqiqatçı Vanesa Benitez müəyyən edib ki, soğan qabığı yemək sütun xərçəngi, 2-ci tip diabet və ürək-damar xəstəliklərinin qarşısını alır.
 
Saç çıxmasına kömək olur

 
Araşdırmalarda tərkibində sulfid olan soğan qabığının saç köklərini gücləndirdiyi və saçların uzanmasını sürətləndirdiyi sübut olunub.
 
Soğan qabığını necə yemək olar?
 
Ayırdığınız soğan qabıqlarını soyuq suda yaxşıca yuyub təmizləyin. Sonra qaynar suyun içinə ataraq 5 dəqiqə qaynadın. Sonda suyunu içə bilərsiniz. Eyni zamanda, soğan qabıqlarını yeməklərinizə və ya salatlarınıza da əlavə edə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR