Britaniya parlamentinin buraxılacağı tarix bəlli oldu

Britaniya parlamentinin buraxılacağı tarix bəlli oldu
23:49 18 Aprel 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya parlamenti mayın 3-nə keçən gecə buraxıla bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İcmalar Palatasının rəhbəri Devid Lidinqton bildirib.  

 

Qeyd edək ki, ölkənin baş naziri Tereza Mey parlamenti iyunun 8-də növbədənkənar seçkilərin keçirilməsini dəstəkləməyə çağırıb. 2011-ci il tarixli qanuna əsasən, parlament seçkilərə 25 gün qalmış buraxılmalıdır.

 

Aprelin 19-da parlamentdə növbədənkənar seçkilərin keçirilməsi məsələsi ilə bağlı səsvermə keçiriləcək.  Deputatların Meyin təklifini dəstəkləyəcəyi gözlənilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR