Çempionlar Liqası:

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Metbuat.az-ın məlumatına görə, "Lester" "Atletiko"nu qəbul edib.

Oyunda hesab 26-cı dəqiqədə açılıb. Qonaqların heyətində Saul Nyiqes fərqlənib. "Lester" 61-ci dəqiqədə Ceymi Vardinin vurduğu qolla hesabı bərabərləşdirsə də, İngiltərə çempionunun bundan artığına gücü çatmayıb.

Beləliklə, iki oyunun ümumi hesabına görə 2:1 hesabı ilə üstün olan "Atletiko" Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

"Lester" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:1

Qollar: Vardi, 61 - Saul, 26

İlk oyun - 0:1


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR