Qazaxda ağır qəza:

Qazax şəhərində baş verən ağır qəzada ölən və yaralananların kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəzada dünyasını dəyişən qadın Qazax şəhər sakini Səadət İsmayılovadır. Xəsarət alan uşaq isə qadının övladı 2 yaşlı İsmayılov Fuad Elmir oğludur.

Bundan başqa, avtomobildə olan 60 yaşlı Rəna Xasməmmədovada xəsarət alıb. Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə içərisində qadınlar və uşaq olan “Opel” markalı avtomobilin sürücüsü maşını saxlayaraq mağazaya girib. Başqa bir avtomobil isə sürətlə hərəkət edərək “Opel”ə çırpılıb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

****

23.56

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Qazax şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2 qadın və bir uşaq ağır xəsarət alıb. Onlar Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılan zaman qadınlardan biri yolda dünyasını dəyişib.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR