Peruda 6 bal gücündə zəlzələ baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Elmi-Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yeraltı təkanlar ölkənin Amazon bölgəsindəki İqitos şəhərinin 255 kilometr şimal-qərbində, 10,7 kilometr dərinlikdə meydana gəlib. Hələlik tələfat və ya dağıntı barəsində məlumat verilmir.

Zəlzələ Ekvador və Kolumbiyada da hiss edilib. Ekvadorun paytaxtı Kitoda yeraltı təkanlardan təlaşa düşən sakinlər evlərini tərk ediblər.