Çempionlar Liqası:

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Metbuat.az-ın məlumatına görə, günün mərkəzi matçında "Real" "Bavariya"nı qəbul edib.

Oyunda hesab 53-cü dəqiqədə açılıb. Levandovski penaltini dəqiq yerinə yetirib. 76-cı dəqiqədə Kriştiano Ronaldo status-kvonu bərpa edib. Ancaq "Real"ın sevinci uzun çəkməyib. Qoldan iki dəqiqə sonra Serxio Ramos avtoqolla yadda qalıb. 84-cü dəqiqədə isə "Bavariya" azlıqda qalıb. İkinci sarı vərəqə ilə cəzalandırılan Arturo Vidal meydandan qovulub. Əsas vaxtda başqa qol olmayıb. İlk matçda Madrid klubu 2:1 hesabı ilə qalib gəldiyindən, əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda say üstünlüyündən istifadə edən "Real" əvvəlcə Kriştiano Ronaldo sayəsində hesabı bərabərləşdirib. Çox keçmədən portuqaliyalı ulduz het-trikini rəsmiləşdirib. Son nöqtəni isə Asensio qoyub. Beləliklə, iki görüşün ümumi hesabına görə 6:3 hesabı ilə üstün olan "Real" yarımfinala vəsiqə qazanıb.

Çempionlar Liqası

1/4 final, cavab oyunu

"Real" - "Bavariya" - 4:2 (əlavə vaxt)

Qollar: Ronaldo, 76; 105; 110, Asensio, 112 - Levandovski, 53 (pen.), Ramos, 78 (avtoqol)

Qırmızı vərəqə: Vidal, 84 ("Bavariya")

İlk oyun - 2:1


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR