Ronaldodan Çempionlar Liqasında yeni rekord - FOTO

Ronaldodan Çempionlar Liqasında yeni rekord - FOTO
04:48 19 Aprel 2017
259 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.

Portuqaliyalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində 100 qol həddini keçən ilk futbolçu kimi tarixə düşüb.

O, Almaniya "Bavariya"sı ilə 1/4 final mərhələsinin cavab görüşündə "het-trik" edərək, aktivindəki qolları 101-ə çatdırıb. Amma Ronaldo 100-cü topunu ofsayddan vurub. Təcrübəli forvard 105-ci dəqiqədə fərqlənərkən, macarıstanlı Viktor Kaşşayın başçılıq etdiyi hakimlər briqadası onun oyundankənar vəziyyətdə olduğunu görməyib.

Qeyd edək ki, Kriştiano Ronaldo Çempionlar Liqasındakı qollarından 18-ni İngiltərənin "Mançester Yunayted" klubunda, qalanlarını isə "Real"da vurub. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR