Ayrıldığı ərindən müğənniyə mesaj: "Səni çox sevirəm"

Ayrıldığı ərindən müğənniyə mesaj: "Səni çox sevirəm"
07:52 19 Aprel 2017
168 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl ayrıldığı deyilən Canet Ceksonu əri geri qaytarmaq istəyir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ərəb milyarderi Vissam al-Man "Twitter" səhifəsində xanımına mesaj göndərib:

"Dünyanın ən gözəl xanımına mənimlə sevgisini böldüyü, mənə daim dəstək olduğu və ən yaxın dostum olduğu üçün təşəkkür edirəm. Səni çox sevirəm. Qoy, Allah bizə yenidən birlikdə olmağa kömək etsin"

Qeyd edək ki, mərhum müğənni Maykl Ceksonun bacısı olan Canet Vissam al-Manla 2012-ci ildə münasibətlərini rəsmiləşdirib. Ərəb milyarder müğənnidən 8 yaş kiçikdir. Bu, Ceksonun üçüncü nikahı olub. Müğənni yanvarda milyarderdən oğul dünyaya gətirib. Ayrılığa səbəb isə Vissamın hamiləlik ərəfəsində Canetə təzyiqlər etməsi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR