"Gələcəkdə nə olacağını bilmirəm"

"Gələcəkdə nə olacağını bilmirəm"
07:57 19 Aprel 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in futbolçusu Eşli Yanq yayda klubunu dəyişmək ehtimalını istisna etmir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçi bunları deyib:

"Transfer pəncərəsi açılanda həmişə söz-söhbətlər ortaya çıxır. Mümkün qədər çox oynamaq istəyirəm. Gələcəkdə nə olacağını bilmirəm. Qalan oyunlara köklənmişəm. Məşqçi mənə oynamaq imkanı yaradanda bütün qüvvəmi göstərməyə çalışıram. Gərgin çalışıram, qələbələrə aclığım var. Əsas məqsədim meydanda çox vaxt keçirməkdir. Komandada rəqabət güclüdür. Müqaviləmin sonuna hələ 1 il var. Gələcəyimlə bağlı məşqçi ilə müzakirə aparacağq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR