Rusiyanın hərbi aviasiyası Ermənistanda təlimlərə başladı

Rusiyanın hərbi aviasiyası Ermənistanda təlimlərə başladı
08:43 19 Aprel 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Hərbçilər, həmçinin, “Kamhud” və “Alagöz” dağ poliqonlarında zenit-raket kompleksləri qarşılıqlı uzlaşma şəraitində hava hədəflərinin vurulması və müşayiət edilməsi kimi müxtəlif döyüş tapşırıqlarını praktiki şəkildə icra edəcəklər.

Təlimlərə 500-dək hərbçi, 100-dən çox hərbi xüsusi texnika, o cümlədən, “Buk-M1-2”, “S-300B” zenit-raket kompleksləri, Rusiyanın Ermənistandakı “Erebuni” aviabazasından MİQ-29 qırıcı təyyarələr, “Mi-24P” və “Mi-8MT” helikopterləri cəlb olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR