Peruda daşqınlar nəticəsində ölənlərin sayı 113-ə çatıb

Peruda daşqınlar nəticəsində ölənlərin sayı 113-ə çatıb
08:47 19 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Peruda güclü daşqınlar nəticəsində ölənlərin sayı 113-ə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlara səbəb Sakit okenada iqlim fenomeni "El-Ninyo" olub.

Xəbərdə deyilir ki, daşqınlar nəticəsində daha 17 nəfər itkin düşüb, 400 nəfərə yaxın insan isə xəsarət alıb.

Dağılmış evlərin sayı 20 minə çatıb. Bundan əlavə, daşqınlar 53 məktəb, 11 xəstəxana, 2,7 min kilometr yol və 316 körpünü dağıdıb.

Ölümlər və dağıntılar əsasən Piura, Lambayeke, La-Labertad və Ankaş regionlarında qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/536497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR