Azərbaycanda ilk dəfə uşaqlarla bağlı 10 illik strategiya hazırlanıb

Azərbaycanda ilk dəfə uşaqlarla bağlı 10 illik strategiya hazırlanıb
16:43 7 Yanvar 2015
107 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2015-2025-ci illəri əhatə edən Milli Uşaq Strategiyası hazırlayaraq hökumətə təqdim edib.

Komitədən Trend-ə verilən məlumata görə, sənəd ölkə prezidentinin fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə baxş” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanıb. Strategiya hazırlanarkən BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələri də nəzərə alınıb.

Bu sənəd layihəsində Azərbaycan uşaqları ilə bağlı əsas strateji istiqamətlər əks edilib. Sənəd ölkə prezidenti tərəfindən təsdiqləndikdən sonra bu istqamətlər üzrə hər biri 5 ili əhatə etməklə iki dəfə Fəaliyyət Planı və Dövlət proqramları hazırlanacaq.

Sənəddə uşaqların hüquqlarının erkən yaşda müdafiəsi, qanunvericiliklə bağlı bazanın təkmilləşdirilməsi, yerli səviyyədə uşaq müdafiə sistemində olan boşluqların doldurulması, yerlərdə uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətlərinin gücləndirilməsi, uşaqların sağlamlığı və erkən uşaqlıq dövrü ilə bağlı müəyyən məsələlər öz əksini tapıb.

Sənəddə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması, inteqrasiyalı təhsilin təşkili, uşaq paralimpiyasının inkişafı və s. məsələlər öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR