"Con əfsanə olaraq qalacaq"

"Con əfsanə olaraq qalacaq"
08:57 19 Aprel 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea"nin sabiq futbolçusu Frenk Lempard Con Terrinin mövsümün sonunda "zadəganlar"la yollarını ayırmasına toxunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lempard onu ən yaxşı müdafiəçilər sırasına daxil edib.

"Chelsea"nin möhtəşəm vaxtından qalan yeganə insan. Premyer Liqanın tarixində ən güclü müdafiəçi ilə oynamaq şərəfinə nail olmaq, necə də, böyük xoşbəxtlikdir. Onu futbol tarixinin ən yaxşı müdafiəçiləri sırasına daxil edərdim. Terri hər zamanı komandanı arxasınca aparıb. O, məşq və oyunlarda elə standartlər müəyyənləşdirirdi ki, böyük klubda forma geyindiyini dərk edirdin. Con əfsanə olaraq qalacaq. Meydandan kənarda gözəl dostdur. Con Terri, sən alacağın bütün mükafatlara layiqsən. Gələcəkdə nə etməyuinin fərqi yoxdur. Hər kəs sənə hörmət edir. "Chelsea" əbədi sənin klubun olaraq qalacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR