Çempionlar Liqasıda Ronaldo şousu - VİDEO

Çempionlar Liqasıda Ronaldo şousu -   VİDEO
09:07 19 Aprel 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib. Fanat.Az xəbər verir ki, "Real" ötən gün "Bavariya"nı qəbul edib.


Madrid klubu ilk oyunda 2:1 hesablı qələbə qazanmışdı. Cavab qarşılaşmasının əsas vaxtı eyni hesabla yekunlaşıb. Bu səbəbdən əlavə vaxta ehtiyac yaranıb. Əlavə 30 dəqiqədə 3 qol vuran "Real" yarımfinala çıxıb - 4:2.


"Kral Klubu"nun heyətində Kriştiano Ronaldo het-trik edib. Bir qola isə Marko Asensio imza atıb. "Bavariya"nın ilk qolunu penaltidən Robert Levandovski vurub. İkinci qol isə avtoqol olub. Almanları Serxio Ramos sevindirib.


Qeyd edək ki, Arturo Vidal 84-cü dəqiqədə qırmızı vərəqə alaraq almanları azlıqda qoyub.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionlar-liqasda-ronaldo-ousu-t57708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR