"Real" "Barselona"nı geridə qoydu

"Real" "Barselona"nı geridə qoydu
09:32 19 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Bavariya" üzərində 4:2 hesablı qələbə qazanan "Real" yarımfinala yüksəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyunda da qələbə qazanmış madridlilər bu nəticə ilə unikal göstəriciyə imza atıblar.

Belə ki, "kral klubu" ardıcıl 7-ci dəfə qitənin ən nüfuzlu klub turnirində yarımfinala yüksəlib. Maraqlıdır ki, "Real" bununla əzəli rəqibi "Barselona"nı qabaqlayıb. Katalonlar bu uğuru 6 dəfə təkrarlaya bilmişdilər.
 
Hazırda Luis Enrikenin rəhbərlik etdiyi komanda 2007/07 - 2012/13 mövsümləri arasında ən güclü 4 klubdan biri olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR