Qızıl 5 dollardan çox ucuzlaşdı

Amerika fond bazarında Dow Jones indeksi 0,55% - 20 523,28 bəndədək, S&P 500 0,29% - 2 342,19 bəndədək, NASDAQ 0,12% - 5 849,47 bəndədək ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,46% - 7 147,50 bəndədək, Almaniya DAX-ı 0,90% - 12 000,44 bəndədək, Fransa CAC-40-ı isə 1,59% - 4 990,25 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,10 dollar azalaraq 1 289,00 dollara, gümüş isə 0,03 dollar azalaraq 18,24 dollara satılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR