Reper "Allahu əkbər!" qışqırıb 3 nəfəri güllələdi - VİDEO - FOTO

Reper "Allahu əkbər!" qışqırıb 3 nəfəri güllələdi - VİDEO - FOTO
09:52 19 Aprel 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatındakı Fresno şəhərində qaradərili Kori Əli Muhammad üç nəfəri güllələyib. O, "Allahu Əkbər" deyərək atəş açıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, şəhərin polis şefi Cerri Dayerin dediyinə görə, baş vermiş olayı terror aktı kimi dəyərləndirmir.

"Əli Muhammad irqi nifrət zəminində törətdiyi cinayət zamanı mümkün qədər çox ağdərili öldürmək istəyib. Bunu onun özü etiraf etdi. O, sadəcə, qatildir", - Dayer söyləyib.

Fresnodakı insidentə qədər Muhammad qətldə suçlanaraq ABŞ-da axtarışda elan olunmuşdu.

39 yaşlı Kori Əli Muhammadın qətlə yetirdiyi şəxslər 34-58 yaş arasında 3 kişidir.

İnsident "Catholic Charities" xeyriyyə təşkilatının binasının yanında olub.

Kori Əli Muhammadın ilk qurbanı onun yanından keçən pikapın sərnişini olub. Daha sonra o, yoldan keçən şəxsə atəş açıb, revolverinin darağını dəyişib və avtomobil dayanacağında dayanan şəxsə atəş açıb.

Fresno sakini olan, "Qara İsa" ləqəbi ilə tanınan Kori Əli reper və irqçi idi. O, şəhərdəki motellərdən birinin 25 yaşlı mühafizəçisini qətlə yetirdiyi üçün axtarışda idi.

Kori Əli Məhəmmədin "True Story Kori" albomu Amazon-da və Apple Music-də satılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/536503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR