Karlo Ançelotti hakimləri qınadı, Zidan isə ...

Karlo Ançelotti  hakimləri qınadı, Zidan isə ...
10:37 19 Aprel 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Real” – “Bavariya” matçı birincilərin 4:2 hesablı üstünlüyü ilə başa çatıb. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi görüşlə bağlı fikrini bildirib.

 

“Bavariya”nın çalışdırıcısı Karlo Ançelotti qeydə alınan nəticədə hakim səhvlərinin rol oynadığını vurğulayıb: “Biz, həqiqətən, yaxşı oynadıq. Futbolçularımla fəxr edirəm. Özlərini qurban verməyə hazır idilər. Bütün güclərini meydanda qoydular. Yarımfinala adlamağa yaxın idik. Yekunda hakimin bir çox səhvi oyunun taleyini müəyyənləşdirdi. Bilirəm ki, futbolda belə hallar baş verir, amma bu dərəcədə yox. Vidal qırmızı vərəqə alana qədər oyuna biz nəzarət edirdik”.

 

“Real”ın baş məşqçisi Zinəddin Zidan isə matçın referisi Viktor Kaşşainin idarəçiliyi barədə danışmaq istəməyib: “Final fitinə qədər görüş bizim üçün çox ağır keçdi. Bu il yaxşı formada olan komandaya qarşı oynadıq. Çox çətinlik yaşadıq. Amma onu da qeyd etmək lazımdı ki, ilk hissədə xeyli sayda qol vəziyyətini dəyərləndirə bilmədik. Çox təmkinli oynadıq. Fikrimcə, iki görüşün nəticəsinə görə, layiqli şəkildə yarımfinala adladıq. Ronaldo 2 görüşdə 5 qol vurmaqla, oyunun taleyini həll etdi. Hakimlik barədə isə danışmaq istəmirəm. Amma “Bavariya”nın məyusluğunu başa düşürəm”. (Apasport.az)



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-karlo-ancelotti-hakimlri-qnad-zidan-is-t57713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR