ABŞ Moskvanın təhdidinə cavab verdi: “İstənilən nüvə zərbəsini...”

ABŞ Moskvanın təhdidinə cavab verdi: “İstənilən nüvə zərbəsini...”
11:03 19 Aprel 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ adi və nüvə silahlarının tətbiqi ilə istənilən zərbənin qarşısını almağa hazırdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.

ABŞ-ın vitse-prezidentinin sözləri Koreya yarımadasında gərginliyin artması fonunda diqqət çəkir. Ekspertlər hesab edirlər ki, gərginlik aprelin 25-də pik həddə çata bilər. Həmin tarixdə Koreya xalq ordusunun yaradılmasının ildönümü qeyd ediləcək. Aprelin 25-də Pxenyanın altıncı nüvə sınağını keçirməsi gözlənilir.

Bəyanat Şimali Koreya ilə yanaşı, Rusiyaya da verilmiş cavab hesab oluna bilər. Belə ki, bu günlərdə Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin yaxın vaxtlarda Rusiyanın yeni raketlər istehsal edəcəyini bildirib.

“Bu raketlərlə ABŞ-ın müdafiə sistemini dəlik-deşik edərik”, - Rusiyanın silah sənayesinin kuratoru Vaşinqtonu təhdid edib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR