Bu küçədə hərəkət məhdudlaşdırılır

Bu küçədə hərəkət məhdudlaşdırılır
11:08 19 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Yasamal rayonunda avtomobil yolunda hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində müvafiq işlər aparılır.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/195629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR