QHT Şurası məlumatlandırma sessiyası keçirib

QHT Şurası məlumatlandırma sessiyası keçirib
11:09 19 Aprel 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün 2017-ci il ikinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib.

 

Şuradan Lent.az-a verilən məlumata görə, şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək ikinci qrant müsabiqəsinin mövzuları, şərt və qaydaları haqqında ətraflı məlumat verib. İcraçı direktor hər bir istiqamət üzrə mövzuların əhatə dairəsi, layihələrdə problemin qoyuluşu və QHT-lərdən gözlənilən ideya və təşəbbüslərlə bağlı fikirlərini bildirib.

 

Sessiyada QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR