Rusiyadan Türkiyəyə gələn gəmi batdı

Rusiyanın Rostov şəhərindən Türkiyəyə gələn "Geroi Arsenala" gəmisi Qara dənizdə batıb.

Metbuat.az bildirir ki, ilkin məlumata görə 12 nəfər ekipajı olan gəmidən 1 nəfər xilas olunub. 4 nəfərin xilas olunması üzrə tədbirlər davam etdirilir. Digər 7 nəfərdən isə məlumat yoxdur.

Gəmidəki şəxslərdən 2-nin rus, 9-nun ukraynalı, 1-nin isə gürcü olduğu deyilir. Dənizdəki güclü dalğa axtarış-xilasetmə işini çətinləşdirir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR