Kolumbiyalı futbolçu "Real Madrid"i təhqir etdi

Kolumbiyalı futbolçu "Real Madrid"i təhqir etdi
11:27 19 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Kolumbiya milli yığmasının eks hücumçusu "Real Madrid" futbol klubunu "siçovullar komandası" adlandırıb.

Milli.Az ölkə.az-a istinadla bildirir ki, hücumçu Faustino Asprilya "Bavariya" və "Real" futbol klubları arasında keçirilən oyundan sonra bu fikri səsləndirib.

Faustino Tvitter səhifəsində yazıb: "Bəsdir! "Real", "siçovullar  komandası"-nın başqa bir oğurluğu olmasın".

Qeyd edək ki, "Real Madrid" futbol klubu "Bavariya Münhen" klubunu 4-2 hesabı ilə məğlub edib. Asprilya düşünür ki, madridli klub hakimin köməyi ilə qələbə qazanıb. Ronaldu ikinci və üçüncü qolu oyundan kənar vəziyyətdə qapıya göndərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR