Ronaldu "100"ü fəth etdi: Bombardir və izləyiciləri - SİYAHI - FOTO

Ronaldu "100"ü fəth etdi: Bombardir və izləyiciləri - SİYAHI - FOTO
11:37 19 Aprel 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Kriştianu Ronaldu Avropa futbolu tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasında 100 qol vuran ilk futbolçu olub.

İspaniya "Real"ının ulduzu belə uğuru 1/4 final mərhələsinin cavab oyununda rəsmiləşdirib. "Bavariya" ilə ev matçında 3 qol vuran Ronaldu hesabını 100-ə çatdırıb.
 
1955-ci ildən keçirilən və 1992-ci ilədək Çempionlar kuboku adlanan yarışın 62 illik tarixinin 10 ən yaxşı bombardiri siyahısında Ronaldunu Lionel Messi izləyir. İlk "üçlük"də daha bir əfsanə Raul da yer alıb.
 
Çempionlar Liqasının 10 ən yaxşı bombardiri
1. Kriştianu Ronaldu (Portuqaliya) - 100
2. Lionel Messi (Argentina) - 94
3. Raul (İspaniya) - 71
4. Ruud van Nistelroy (Hollandiya) - 56
5. Kərim Benzema (Fransa) - 51
6. Tyerri Anri (Fransa) - 50
7. Alfredo di Stefano (İspaniya) - 49
8-9. Andrey Şevçenko (Ukrayna) - 48
Zlatan İbrahimoviç (İsveç) - 48
10. Eysebio (Portuqaliya) - 47

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR