Beren Saatın yeni serialının telekanalı və vaxtı açıqlandı

Beren Saatın yeni serialının telekanalı və vaxtı açıqlandı
11:42 19 Aprel 2017
171 Maraqlı
Ölkə mətbuatı
A- A+

İki uşaqlı dul bir qadının hekayəsini göstərəcək "Qadın" serialının hansı telekanalda yayımlanacağı bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Yuji Sakamotonun "Woman" adlı serialının ssenarisi əsasında çəkiləcək ekran işi Fox TV-də efirə gedəcək. 

Serialın baş rolunda Beren Saat çəkiləcək. Ssenarini çox bəyənən aktrisa ilk seriyaların ssenarisini tam oxuduqdan sonra qərarını açıqlayacaq.

Hazal Kayanın baş rolda çəkiləcəyi, məşhur "Shameless" serialının türk versiyası da Fox TV-də yayımlanacaq. Hər iki layihə yeni mövsümdə start götürəcək.

Ayrıca, Çağan İrmakın "Gülizar" adlı serialın hazırlıqlarına başladığı və Beren Saata dəvət göndərdiyi deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR