Bakıda oğurluq etmiş qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aprelin 17-də Bakı şəhər sakini Günel Hacıyevanın çantasından 600 manat pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki gözəllik salonlarından birindən 470 manat pul oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.