Publika.az yazdı, vətəndaşların problemi HƏLLİNİ TAPDI - FOTOLAR

Publika.az yazdı, vətəndaşların problemi HƏLLİNİ TAPDI - FOTOLAR
12:08 19 Aprel 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

“Dərnəgül” metrostansiyası yaxınlığında yerləşən dairəvi yoldakı acınacaqlı durum uzun müddətdir ətrafda yaşayan sakinlər və bu yoldan istifadə edən avtomobil sahiblərini çətin vəziyyətə qoymuşdu.

Belə ki, yoldakı çalalar avtomobilləri ayda bir neçə dəfə təmirə aparmağa məcbur edirdisə, açıq qalan kanalizasiya quyuları sakinləri xəstəxanalıq edirdi. Sözügedən ərazidə elə vəziyyət hökm sürürdü ki, insan bu yola yol deməyi özünə yaraşdırmırdı. Sözün həqiqi mənasında avtomobillər, elə insanlar da bu yoldan keçmək üçün yol tapa bilmirdilər.
Publika.az-a yaşanan bu problemlə bağlı sakinlərin müraciətindən sonra biz də araşdırma apardıq. Məlum oldu ki, uzun müddətdir yaşanan problemin həlli müşkülə çevrilib. Biz isə məsələni aidiyyəti qurumlar qarşısında qaldıraraq problemi həll etmələri üçün əlimizdən gələni etdik.

“Azəravtoyol”, metropoliten və BŞİH arasında Uçan Naməlum Obyekt – QONMAĞA YER TAPMIR - FOTOLAR

Çox sevindiricidir ki, yazımız bir işə yaradı, aidiyyəti dövlət qurumları insanları çətin vəziyyət qarşısında qoymadı və sakinlərin bu probleminin həll edilməsi üçün hərəkətə keçdi. Yazının hazırlanmasından bir ay keçəndən sonra artıq ərazidə təmir işlərinə başlanılıb. Bu günlərdə dairəvi yolda “Azəravtoyol” ASC-nin təmir maşınları görünür. Hazırda yolun qaşınması və çalaların doldurulması işi aparılır, sonrakı mərhələdə isə asfalt örtüyü yenilənəcək. Ərazidə yenidən çəkiliş apararkən ASC əməkdaşları təmir işlərinin bu həftənin sonuna qədər yekunlaşacağını bildirdi.

Gülxar,

Fotolar Nurlan Gülməmmədovundur


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/195639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR