Onsuz bir il... - ANIM

Onsuz bir il... - ANIM
12:14 19 Aprel 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

 

20 aprel 2017-ci il tarixdə görkəmli ziyalı, pedaqogika üzrə fəlsəfə doktoru Şirəli Ağali oğlu Əhədovun vəfatından bir il ötür.

 

Şirəli Əhədov 18 iyul 1955-ci ildə Masallı rayonunun Pircana kəndində anadan olmuşdur. 1976-cı ildə N.Tusi adına Azərbaycan Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmiş, həmin il Respublika rəhbərliyinin rəsmi təqdimatı əsasında “əməkdə və təhsildə əldə etdiyi xüsusi nailiyyətlərinə görə” SSRİ Ali Sovetinin Fərmanı ilə “Şərəf  nişanı” Ordeni ilə təltif olunmuşdur.

 

Şirəli Əhədov Masallı rayonunun bir neçə məktəbində müəllim, direktor müavini, direktor, Rayon Təhsil Şöbəsinin metodisti, inspektoru vəzifələrində işləmişdir.
1992-ci ildə Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə nümayəndəsi, 1992-2000-ci illərdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri, 2000-2002-ci illərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.

 

2007-ci ildən ömrünün sonunadək Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 233 nömrəli məktəbin direktoru vəzifəsində çalışmışdır.

 

Şirəli Əhədov işlədiyi müddətdə dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, yaxşı təşkilatçı kimi tanınmış, respublikanın ictimai həyatında fəal iştirak etmişdir.

 

O, mehriban ailə başçısı, etibarlı dost, yaxşı yoldaş idi. 


Şirəli Əhədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR