“Real” - “Bavariya” matçından sonra hakimə hücum edildi

“Real” - “Bavariya” matçından sonra hakimə hücum edildi
12:17 19 Aprel 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş "Real" - "Bavariya" matçından (4:2) sonra insident yaşanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşma başa çatandan sonra qonaqların 3 futbolçusu baş hakim Viktor Kaşşainin yanına yollanıb.

Belə ki, Tiaqo Alkantara, Arturo Vidal Robert Levandovski "Santyaqo Bernabeu" stadionunun hakimlər otağına girərək, Kaşşai və köməkçilərinə etirazlarını bildiriblər. Futbolçuların otaqdan çıxmaq istəməməsi polisin işə qarışması ilə nəticələnib. Yalnız bundan sonra Tiaqo, Vidal və Levandovskini hakimlərin yanından uzaqlaşdırmaq mümkün olub.
 
"Bavariya" klubunun üzvləri "Real"ın vurduğu ikinci və üçüncü qoldan, həmçinin Arturo Vidalın qırmızı vərəqə aldığı epizoddan narazı qalıblar.
 
Qeyd edək ki, bu komandaların Münhendə keçirilmiş ilk görüşündə "Real" 2:1 hesablı qələbə qazanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR