Bakı-Sumqayıt yolunda zəncirvari qəza – AVTOMOBİL AŞDI – GÖRÜNTÜ

Bakı-Sumqayıt yolunda zəncirvari qəza – AVTOMOBİL AŞDI – GÖRÜNTÜ
12:29 19 Aprel 2017
150 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, saat 23:40-da magistralın 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində “Mercedes” markalı, 01 BR 709 nömrə nişanlı, “BMW X5” markalı, 10 SE 070 dövlət qeydiyyat nişanlı və “VAZ 2107” markalı 01 BB 077  nömrəli 3 avtomobil toqquşub. Zərbənin gücündən “VAZ 2107” aşıb. Hadisə yerinə gələn xilasedicilər avtomobilin sükanı arxasında olan 27 yaşlı Vüqar Məmmədovu çətinliklə çıxarıblar. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Hadisə yerindən çəkilmiş bəzi fotoları təqdim edirik.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR