Keçmiş məhkum qadın cinayət başında yaxalandı

Keçmiş məhkum qadın cinayət başında yaxalandı
12:42 19 Aprel 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Məhkumluq həyatı yaşamış qadın növbəti dəfə cinayət törədib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aprelin 17-də Bakı şəhər sakini Günel Hacıyevanın çantasından 600 manat pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova tutulub.

Aparılan tədbirlərlə onun rayon ərazisindəki gözəllik salonlarından birindən 470 manat pul oğurlaması da müəyyən edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR