İslam oyunlarının keçiriləcəyi yerlərdə son durum

İslam oyunlarının keçiriləcəyi yerlərdə son durum
12:43 19 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərişıq” ASC Bakıda keçiriləçək IV İslam Həmrəyliyi Oyunlarının yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir.

ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, idman yarışlarının keçiriləcəyi arenaları qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi üçün treninqlər davam edir. “Azərişıq” ASC-nin Tədris Mərkəzinin yerləşdiyi “Gənclik” yarımstansiyasında məsul cavabdeh şəxslərin və növbətçi əməliyyat heyəti üçün keçirilən treninqdə əks-qəza məşqlərinin plan qrafiki barədə məlumat verilir. Təkcə idman arenalarını deyil, həmçinin ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların məskunlaşacağı mehmanxanaları, parkları, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələri aiddir.Treninq iştirakçıları operativ heyətin şərti hərəkəti üzrə keçirilən əks-qəza məşqləri, yəni yanğın, qəza və digər mümkün fövqəladə hallar üçün təlimatlar da əldə edirlər. Oyunların keçiriləcəyi 16 idman obyektini 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcək. ASC-nin 292 əməkdaşı may ayının 10-a qədər təlim keçəcələr.

ASC-dən o da bildirilib ki, idman yarışlarının və məşqlərinin keçiriləcəyi yerlər və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti tam yoxlanılıb. Elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilən qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və həmin obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb, qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/195647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR