Dani Alveşdən "Nou Kamp"da dünyanı ağladan hərəkət - VİDEO

Dani Alveşdən "Nou Kamp"da dünyanı ağladan hərəkət -   VİDEO
12:47 19 Aprel 2017
205 İdman
Ölkə mətbuatı
A- A+

Bu gecə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Barselona"nın qonağı olacaq "Yuventus" İspaniyaya yollanıb.


Fanat.Az xəbər verir ki, Turin klubunun formasını geyinən braziliyalı Dani Alveş "Nou Kamp" stadionunda etdiyi hərəkətlə hər kəsi duyğulandırıb.


33 yaşlı futbolçu illərlə formasını geyindiyi "Barselona"nın stadionuna daxil olarkən yerə uzanaraq qazonu öpüb. Onun bu hərəkəti izləyənlərin gözlərini yaşardıb.


Qeyd edək ki, Dani  Alveş 2008-2016-cı illərdə "Barselona"da çıxış edib. Bu müddətdə o, 6 dəfə İspaniya çempionluğunu, 4 dəfə "Kral Kuboku"nu, 4 dəfə ölkə Super Kubokunu, 3 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu və 3 dəfə klublararası dünya çempionluğunu qazanıb.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dani-alvedn-quotnou-kampquotda-dunyan-aladan-hrkt-t57720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR