DƏHŞƏTLİ QƏZA: 44 nəfər öldü

DƏHŞƏTLİ QƏZA: 44 nəfər öldü
12:48 19 Aprel 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda dəhşətli yol-nəqliyyat qəzası baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, avtobus ölkənin şimalında yerləşən Ximaçal-Pradeş ştatında Tons çayına düşüb.

Hadisə nəticəsində ən azı 44 nəfər həlak olub. Məlumata görə, avtobusda 50-dən çox sərnişin olub.

Rəsmi statistikaya görə, Hindistanda hər gün yol-nəqliyyat qəzalarında 400 nəfər ölür. İl ərzində demək olar ki, 150 min insan yol-nəqliyyat hadisəsinin qurbanı olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son illərdə hind yollarında ildə 200 min insan həyatını itirir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR