Robert Prosineçki "Valensiya"ya gedir? - AÇIQLADI

Robert Prosineçki "Valensiya"ya gedir? -   AÇIQLADI
13:17 19 Aprel 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın baş məşqçisi Robert Prosineçki "Valensiya"dan təklif alması ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis bu barədə “National Radio”ya açıqlama verib.


Prosineçki bildirib ki, La Liqa klubundan rəsmi təklif almayıb. Azərbaycan yığması ilə müqaviləsi davam edən mütəxəssis "Valensiya"dan heç kimin ona müraciət etmədiyini bildirib.


Qeyd edək ki, ötən gün “Report”a açılama verən 47 yaşlı xorvat mütəxəssisin meneceri Yaşar Çalışır "Valensiya"nın Prosineçki ilə maraqlandığını bildirmişdi: “Valensiya” həqiqətən də Prosineçki ilə maraqlanıb. Klubun idman direktoru bu barədə şəxsən mənimlə danışıb. "Valensiya"nın maraqlanması onun Azərbaycan milli komandasından ayrılıb, İspaniyaya yollanacağı anlamına gəlməməlidi. Prosineçki yaxşı mütəxəssisdi. Onunla çox klub maraqlana bilər və maraqlanırlar da. O, yalnız Azərbaycan milli komandasını və 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə oyunu düşünür".


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-robert-prosinecki-quotvalensiyaquotya-gedir-t57721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR