Millimizin rəqibində ciddi itki - Noyerin ayağı qırıldı

Millimizin rəqibində ciddi itki - Noyerin ayağı qırıldı
13:42 19 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Almaniya yığması ciddi itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandanın əsas qapıçısı Manuel Noyer uzun müddətə sıradan çıxıb.

Belə ki, o, Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"la dünən baş tutan cavab qarşılaşmasında xəsarət alıb. Madrid təmsilçisinin 3-cü qol epizodunda zədələnməsinə baxmayaraq, mübarizəni sona qədər davam etdirən Noyerin sol ayağında qırıq olduğu aşkarlanıb.
 
31 yaşlı qolkiper Münhendə MRT müayinəsindən keçdikdən sonra zədənin ciddiliyi, həmçinin cərrahiyyə əməliyyatına ehtiyac olub-olmadığına aydınlıq gələcək. Ancaq onun mövsümü başa vurduğu və hətta DÇ-2018-in seçmə mərhələsində Bundestimin San-Marino (10 iyun) ilə matçını buraxacağı dəqiqdi. Ulduz futbolçunun Çexiya (1 sentyabr) və Norveçlə (4 sentyabr) qarşılaşmalarda iştirakı da sual altındadı.
 
Qeyd edək ki, Almaniya yığması qrupda son matçını oktyabrın 8-də Azərbaycan millisinə qarşı keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR