Ronaldu: "Məni fitə basmasınlar"

Ronaldu: "Məni fitə basmasınlar"
14:12 19 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya" mükəmməl komandadır. Ancaq biz "Real"ıq. Birinci hissədə bir və ya iki qol vura bilərdik. "Real" çətin qələbə qazanmağa öyrəşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, yarımfinala layiq olduqlarıbı bildirib: "Şübhəsiz ki, bu görüşdə də yaxşı çıxış etdik. "Bavariya" kimi bir kluba 6 qol vurmaq asan deyil. Növbəti mərhələyə yüksəlməyə layiqik".

O, ilk qolu vurduğu 76-cı dəqiqəyə qədər Madrid klubunun bəzi azarkeşlərinin onu fitə basmağına münasibət bildirib:

"Adımı bir küçəyə vermələrini istəyirəm? Xeyr. Bircə məni fitə basmasınlar. Hər zaman ən yaxşı oyunumu nümayiş etdirməyə çalışıram. Qol vurduğum üçün xoşbəxtəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR