Məşhur milyarder Sarkisyana qarşı - Moskvadan müxalifətə pullar göndərilir

Məşhur milyarder Sarkisyana qarşı - Moskvadan müxalifətə pullar göndərilir
14:27 19 Aprel 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda Sarkisyanın qatı tənqidçisi kimi tanınan müxalifət fəalına Moskva milyarderi sponsorluq edir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Ermənistanda fəal müxalifətçi kimi tanınan Zaruhi Postanyan və onun yeni yaratdığı partiyanın sponsoru Moskvada yaşayan milyarder, "Ruçok İnvest" tikindi holdinqinin sahibi Ruben Tsolak Qriqoryandır.

Araşdırmalara görə, milyarder Moskvada saysız-hesabsız yaşayış binalarına, otellərə, böyük avtoparklara, "Olimpiya Plaza", "Nikolskaya Plaza", "Yeropkinski-16" ticarət obyektlərinə və digər daşınmaz əmlaklara malikdir. 

"Forbes"in yaydığı məlumatda bildirilir ki, Qriqoryanın yalnız "Nikolskaya Plaza" ticarət mərkəzi 250 milyon dollar dəyərindədir.

Məlumatlara görə, müxalifətçi Zaruhi Postançıyan ötən ildən etibarən Qriqoryanla əməkdaşlıq edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/536679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR